Azərbaycan Premyer Liqası: "Keşlə" növbəti xalını qazanıb

  Bölmə: Ölkə futbolu | 382 | 05:44 27-10-2019
Azərbaycan Premyer Liqası: "Keşlə" növbəti xalını qazanıb

Oktyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasının doqquzuncu turunun birinci görüşündə “Keşlə” doğma meydanda “Qəbələ”ni qəbul edib.

“ASCO Arena”da keçirilən oyuna meydan sahibləri daha fəal başlayıblar. Görüşün 1-ci dəqiqəsində “Keşlə”nin hücumçusu Lorenzo Frutos hesabı açıb. Meydan sahibləri növbəti dəfə oyunun 42-ci dəqiqəsində fərqləniblər. “Keşlə”nin paraqvaylı yarımmüdafiəçisi Sezar Meza Kolli komandasının ikinci qolunu vurub. Birinci hissə elə bu hesabla bitib - 2:0. Matçın 58-ci dəqiqəsində qonaq komanda vurulan qollardan birinin əvəzini çıxıb. “Qəbələ”nin mərkəz hücumçusu Davit Volkov hesab arasındakı fərqi azaldıb. Lakin qonaqların bundan artığına gücləri çatmayıb. Beləliklə, “Keşlə” doğma meydanda “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.


Digər xəbərlər