Azərbaycan Premyer Liqası : "Qarabağ" növbəti qələbəsini qazanıb

  Bölmə: Ölkə futbolu | 851 | 22:52 28-10-2019
Azərbaycan Premyer Liqası : "Qarabağ" növbəti qələbəsini qazanıb

Oktyabrın 28-də Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

Turun son oyununda “Qarabağ” “Səbail”lə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

Baş məşqçi Qurban Qurbanov xal itirmək təhlükəsini hiss edərək kinci hissə oyuna ehtiyatda olan əsas qüvvəni də meydana buraxıb. A. Zubir, D.Kintana və Miçelin oyuna daxil olması  "Səbail" i təzyiq altına salıb və dənizçilər qapısında qol görüb. Görüşdəki yeganə qol 86-cı dəqiqədə vurulub. Qara Qarayevin zərbəsi dəqiq alınıb.

Bu nəticədən sonra “Qarabağ” 25-ci xalını qazanıb və liderliyini daha da möhkəmləndirib.

“Səbail” isə 10 xalla 4-cü yerdədir.

Qeyd edək ki, turun ilk 3 oyununda “Keşlə” evdə “Qəbələ”ni 2:1, “Neftçi” səfərdə “Sumqayıt”ı 4:2 hesabı ilə yenib, “Sabah” – “Zirə” matçında isə qalib müəyyənləşməyib - 2:2.


Digər xəbərlər