Sərbəst güləşçimiz Turan Bayramov dünya çempionu olub

  Bölmə: Güləş | 529 | 22:28 29-10-2019
Sərbəst güləşçimiz Turan Bayramov dünya çempionu olub

Bu gün Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı başlayıb.

İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə start verib.

Əfqan Xaşalov son saniyələrdə üstünlüyü əldən verərək kubalı rəqibinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi həmyerlimizə təsəlliverici görüşə çıxmaq imkanı verib. Oktyabrın 29-da çinli həmkarına heç bir şans tanımayan Xaşalov 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Rusiya güləşçisiylə gərgin keçən görüşdə əzmkarlıq nümayiş etdirən Əfqan son saniyələrdə qazandığı xallarla dünya çempionatında ilk medalımızı hesabımıza yazıb.

Mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. Oktyabrın 29-da yapon güləşçiylə final gərgin mübarizə şəraitində keçib. Sona az qalmış rəqibi əks-fənddə yaxalayan Bayramov 23 yaşadək güləşçilər arasında dünya çempionu olub!

Davud İbrahimov debütdə çətinliklə də olsa, İsveçrə təmsilçisini üstələyib. ABŞ güləşçisiylə görüş də gərgin mübarizə şəraitində keçib. Yekunda İbrahimov minimalhesablı qələbəyə sevinib. Ancaq Davud 1/4 finalda Rusiyada təmsilçisiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Davud oktyabrın 29-da təsəlliverici görüşə çıxıb. Monqolustan idmançısına ilk hissədə tam üstünlüklə qalib gələn İbrahimov 3-cü yer uğrunda görüşə vəsiqə qazanıb. İran pəhləvanı ilə həlledici qarşılaşma elə ilk hissədə başa çatıb. Gözəl fənd tətbiq edən təmsilçimiz "tuşe" ilə qalib gələrək dünya üçüncüsü olub.

Abubakr Abakarov mundiala inamlı start verib. Titullu güləşçimiz ilk mərhələdə qırğız rəqibinə vaxtından əvvəl qalib gəlib. Təmsilçimiz daha sonra Rusiya güləşçisini tam üstünlüklə yenib. Yarımfinalda Moldova idmançısını çətinlik çəkmədən ilk hissədə məyus edən Abakarov adını yarımfinala yazdırıb. Hindistan güləşçisinə də aman verməyən Abubakr finalda güləşmək hüququ qazanıb.

57 kq

1/8 final - Əfqan Xaşalov – Reyneri Andreu Orteqa (CUB) 3:7

Təsəlliverici görüş - Əfqan Xaşalov - Vanxao Jou (CHN) 12:1

Bürünc medal görüşü - Əfqan Xaşalov - Ramiz Həmzətov (RUS) 5:2

65 kq

1/8 final - Turan Bayramov – Kristofer Morqan Misaak (CAN) 3:1

1/4 final - Turan Bayramov - Maksim Sakultan (MDA) 3:0

1/2 final - Turan Bayramov - İlman Muxtarov (FRA) 2:1

FİNAL - Turan Bayramov - Takuma Taniyama (JPN) 3:2

70 kq

Təsnifat - Davud İbrahimov – Mark Dietşe (SUİ) 10:9

1/8 final - Davud İbrahimov - Alek Uilyam Pantaleo (USA) 9:8

1/4 final - Davud İbrahimov - Çermen Valiyev (RUS) 0:7

Təsəlliverici görüş - Davud İbrahimov - Temuulen Enxtuya (MGL) 12:2

Bürünc medal görüşü - Davud İbrahimov - Əmirhüseyn Əli Hüseyni (İRİ) 2:2 (tuşe)

79 kq

Təsnifat - Abubakr Abakarov – Atay İzabekov (KGZ) 10:0

1/8 final - Abubakr Abakarov - Radik Valiyev (RUS) 16:6

1/4 final - Abubakr Abakarov - Georgi Paskalov (MDA) 10:0

1/2 final - Abubakr Abakarov - Veer Dev Gulia (İND) 8:1

FİNAL - Abubakr Abakarov - Tariel Qaprindaşvili (GEO)


Digər xəbərlər