"Neftçi" - "Qarabağ" matçında hesab açılmayıb

  Bölmə: Ölkə futbolu | 444 | 23:47 01-11-2019
"Neftçi" - "Qarabağ" matçında hesab açılmayıb

Noyabrın 1-də Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

OLİMPSPORT  xəbər verir ki, həftənin açılış oyununda ikinci sıradakı “Neftçi” lider “Qarabağ”ı qəbul edib.

“Bakcell Arena”da baş tutan matçda hesab açılmayıb. Bu nəticədən sonra xalını 26-ya çatdıran Ağdam təmsilçisi cari çempionatda məğlubiyyətsizlik seriyasını davam etdirib.

Paytaxt komandası isə xalını 18-ə yüksəldib.

Qeyd edək ki, tur sabah keçiriləcək “Səbail” – “Keşlə” görüşü ilə davam edəcək. Bazar günü isə “Zirə” – “Sumqayıt” və “Qəbələ” – “Sabah” duelləri olacaq.


Digər xəbərlər