Azərbaycan Premyer Liqasının X turunda ikinci heç-heçə qeydə alınıb

  Bölmə: Ölkə futbolu | 299 | 19:20 02-11-2019
Azərbaycan Premyer Liqasının X turunda ikinci heç-heçə qeydə alınıb

Noyabrın 2-də futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunun növbəti oyunu keçirilib.

 “ASCO Arena”da “Səbail” və “Keşlə” komandaları üz-üzə gəliblər.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə qapılara top vurulmayıb.

Bu oyundan sonra aktivində 16 xal olan “Keşlə” üçüncü pillədə qərarlaşıb.

“Səbail” komandası isə 11 xalla dördüncüdür.

Premyer Liqanın 10-cu turunun açılış matçında “Neftçi” - “Qarabağ” oyununda da qolsuz heç-heçə qeydə alınmışdı.

Tura noyabrın 3-də keçiriləcək “Zirə” – “Sumqayıt” və “Qəbələ” – “Sabah” görüşləri ilə yekun vurulacaq.


Digər xəbərlər