Azərbaycan Premyer Liqası : " Zirə" evdə "Sumqayıt" ı məğlub edə bilməyib

  Bölmə: Ölkə futbolu | 773 | 19:35 03-11-2019
Azərbaycan Premyer Liqası : " Zirə" evdə "Sumqayıt" ı məğlub edə bilməyib

Noyabrın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Günün ilk matçında “Zirə” komandası “Sumqayıt”ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə bitib.

Görüşdə ilk qol 3-cü dəqiqədə vurulub. “Zirə”nin heyətində Mfo Kqasvane fərqlənib.

Qonaqlar 30-cu dəqiqədə hesabı bərabərləşdiriblər.

Peyman Babayi penalti zərbəsini dəqiq yerinə yetirib.

“Sumqayıt” ilk hissənin sonlarında üstün oyun sərgiləsə də, hesabda önə keçə bilməyib.

Birinci hissə bu hesabla yekunlaşıb. Görüşün 58-ci dəqiqəsində paytaxt təmsilçisinin yeni transferi Riçard Qadze “Zirə”ni yenidən hesabda önə keçirib.

Oyunun 82-ci dəqiqəsində isə “Sumqayıt”dan Əmir Ağayev bərabərlik qolunun müəllifi olub.

 


Digər xəbərlər