Anar Əsədov müsabiqənin vahid qalibi olub

  Bölmə: Maqazin | 631 | 19:44 03-11-2019
Anar Əsədov müsabiqənin vahid qalibi olub

"Olimpsport.az" rəsmi feysbuk səhifəsində keçirdiyi müsabiqənin qalibini "Paolo Mark" mağazasının geyim hədiyyələri ilə mükafatlandırıb.

OLİMPSPORT xəbər verir ki, futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda keçirilən "Neftçi" - "Qarabağ" matçının nəticəsini düzgün tapan Anar Əsədov müsabiqənin vahid qalibi olub.

Qeyd edək ki, müsabiqənin şərtlərinə görə oyunun hesabını ən tez tapan ilk üç nəfər qalib olacaqdı. Lakin, 40 -a yaxın şəxsin iştirak etdiyi müsabiqədə 0:0-lıq nəticəni cəmi bir nəfər tapıb.

Xatırladaq ki, iştirakçıların böyük əksəriyyəti "Qarabağ" ın qələbə qazanacağını qeyd etmişdilər.

Onu da qeyd edək ki, Anar Əsədov "Xəzər" televiziya kanalının əməkdaşıdır.


Digər xəbərlər