Qurban Qurbanov: "Son vaxtlar belə qollara çox rast gəlirik"

  Bölmə: Ölkə futbolu | 382 | 01:16 07-11-2019
Qurban Qurbanov: "Son vaxtlar belə qollara çox rast gəlirik"

Ağdamın "Qarabağ" komandası bu gün UEFA Avropa Liqasının qrup mərhələsində səfərdə Kipr təmsilçisi "APOEL" lə qarşılaşacaq. Qarşılaşmadan bir gün əvvəl "Qarabağ" ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyun haqqında öz fikirlərini bildirib.

Qurban Qurbanov: “Sabah rəqib həddindən artıq istəkli ola bilər. APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda həm əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, diqqətli olaq”.


Digər xəbərlər