Musa Qurbanov-55!

  Bölmə: Maqazin | 316 | 14:05 09-11-2019
Musa Qurbanov-55!

Bu gün “Neftçi”nin veteran futbolçusu Musa Qurbanovun (orta cərgədə sağdan beşinci) 55 yaşı tamam olur.

1964-cü ildə dünyaya gəlmiş sabiq hücumçu 1989-1990, 1996-1998-ci illər ərzində “Neftçi”nin heyətində 45 oyun keçirib, 11 qol vurub.

Musa Qurbanov 1997-ci ildə “Neftçi” ilə Azərbaycan çempionatının qalibi olub.

Qeyd edək ki, Musa Qurbanov "Qarabağ" ın baş məşqçisi Qurban Qurbanovun doğma qardaşıdır. Eyni zamanda Qurban Qurbanovun oğlu da əmisinin adını daşıyır.

OLİMPSPORT veteran futbolçumuzu təbrik edir və başda Musa müəllim olmaqla ömrünü futbola həsr edən bütün Qurbanovlar ailəsinə can sağlığı, uzun ömür arzulayır!


Digər xəbərlər