Azərbaycan Premyer Liqası: Tərlan Əhmədovun komandası "Neftçi" yə yerini göstərdi

  Bölmə: Ölkə futbolu | 350 | 20:03 09-11-2019
Azərbaycan Premyer Liqası: Tərlan Əhmədovun komandası "Neftçi" yə yerini göstərdi

Noyabrın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

 "Keşlə" klubu "ASCO Arena"da “Neftçi"ni qəbul edib.

Gənc referi Vüqar Həsənlinin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 45+1-ci dəqiqədə qonaq komandadan Donald Gerye açıb. Haitili legioner "Neftçi"də ilk qoluna imza atıb. Matçın 73-cü dəqiqəsində Franko Flores qonaq komandanın səhvindən yararlanaraq bərabərlik qolunu vurub. Görüşün 82-ci dəqiqəsində isə Sezar Meza Kolli cərimə zərbəsini dəqiq yerinə yetirib.

Bu qələbədən sonra xallarını 19-a çatdıran "Keşlə" ikinci pilləyə yüksəlib. 18 xala malik "Neftçi" isə üçüncü pilləyə enib.


Digər xəbərlər