Azərbaycan Premyer Liqası: "Qarabağ" xal itirdi

  Bölmə: Ölkə futbolu | 592 | 21:29 10-11-2019
Azərbaycan Premyer Liqası: "Qarabağ" xal itirdi

Noyabrın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna yekun vurulub.

Turun sonuncu görüşündə “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Zirə”ni qəbul edib. Görüşdə hesabı “Qarabağ” 5-ci dəqiqədə Maqali Qeyenin sayəsində açsa da, fasilədən sonra - 69-cu dəqiqədə Riçard Qadze hesaba tarazlıq gətirib. Qarşılaşma bu hesabla başa çatıb.

“Qarabağ” 11 turdan sonra 27 xalla çempionatın lideridir, “Zirə” isə 11 xalla 6-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, günün digər baş tutan matçında "Sabah" doğma meydanda "Sumqayıt" a məğlub olub -1:3.


Digər xəbərlər