Türkiyə millisi Avropa çempionatında!

  Bölmə: Ölkə futbolu | 502 | 08:21 15-11-2019
Türkiyə millisi Avropa çempionatında!

Futbol üzrə Türkiyə millisi 2020-ci ildə keçiriləcək Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Doğma meydanında İslandiya yığması ilə qolsuz heç-heçə edən "ay-ulduzlular" qitə çempionatının final mərhələsində iştirakı təmin ediblər.

Qrup mərhələsinin son turunda isə Türkiyə səfərdə Andorra ilə qarşılaşacaq.

Qeyd edək ki, Türkiyə millisi bu oyuna qədər qrupda 20 xal toplayıb.

14 noyabr AÇ 2020, Seçmə mərhələ

H qrupu

Türkiyə-İslandiya 0:0 Ali Sami Yen Spor Kompleksi Turk Telekom Stadyumu

Baş hakim: Entoni Teylor (İngiltərə)


Digər xəbərlər