Azərbaycan Premyer Liqası: "Qarabağ" nəhayət ki, məğlub oldu

  Bölmə: Ölkə futbolu | 145 | 23:09 22-11-2019
Azərbaycan Premyer Liqası: "Qarabağ" nəhayət ki, məğlub oldu

Noyabrın 22-də futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turuna start verilib.

Turun açılış görüşündə son çempion “Qarabağ” səfərdə “Sumqayıt” komandasını qəbul edib. Görüş gözlənilmədən sumqayıtlıların qələbəsi ilə başa çatıb - 2:1.

Oyunda hesab 36-cı dəqiqədə Ağdam təmsilçisi Xayme Romeonun sayəsində açılsa da, fasilədən sonra 65-ci və 69-cu dəqiqələrdə Peyman Babayi ardıcıl iki qol vuraraq komandasına vacib üç xal qazandırıb.

Bu qələbədən sonra “Sumqayıt” 17 xalla dördüncü, “Qarabağ” isə 27 xalla birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları noyabrın 23-24-də keçiriləcək.


Digər xəbərlər