Güləşçilərimiz Almaniyada klublararası çempionatda qələbə qazanıblar

  Bölmə: Güləş | 290 | 20:46 24-11-2019
Güləşçilərimiz Almaniyada klublararası çempionatda qələbə qazanıblar

Almaniya liqasında 3 güləşçimiz növbəti dəfə xalça üzərinə çıxıb.

Tuttlingen şəhərində baş tutan qarşılaşmalarda Murad Bazarov (60 kq) alman Valentin Lupuya heç bir şans tanımayıb - 15:0.

Həsən Əliyev (77 kq) moldovalı, 23 yaşadək güləşçilər arasında ikiqat dünya çempionu Daniel Kataraqaya qalib gəlib - 4:2.

Cəbrayıl Həsənov (86 kq) isə Belarusun tanınmış və təcrübəli güləşçisi Əli Şabanovdan güclü olub - 3:0.


Digər xəbərlər