Azərbaycan Premyer Liqası: "Keşlə" doğma meydanda "Sumqayıt" ı məğlub edib

  Bölmə: Ölkə futbolu | 134 | 19:49 30-11-2019
Azərbaycan Premyer Liqası: "Keşlə" doğma meydanda "Sumqayıt" ı məğlub edib

Noyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun ikinci görüşündə “Keşlə” doğma meydanda “Sumqayıt”ı qəbul edib.

"ASCO Arena”da keçirilən oyuna meydan sahibləri fəal başlayıblar. Görüşdə hesabı 16-cı dəqiqədə “Keşlə”nin müdafiəçisi Miyusko Boyoviç açıb. Birinci hissə “Keşlə”nin minimal üstünlüyü ilə başa çatıb - 1:0.

Qarşılaşmanın 54-cü dəqiqəsində meydan sahiblərinin paraqvaylı hücumçusu Lorenzo Frutos ikinci qolu “Sumqayıt”ın qapısından keçirib. Lakin qonaqların yarımmüdafiəçisi Əmir Ağayev 66-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb. Bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, “Keşlə” doğma meydanda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.

Turun üçüncü görüşü dekabrın 1-də oynanılacaq. “Səbail” “Neftçi”ni qonaq edəcək. “ASCO Arena” stadionunda Orxan Məmmədovun idarə edəcəyi oyun saat 15:00-da başlayacaq.

Turun sonuncu qarşılaşmasında “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq. Turnir cədvəlinə 27 xalla “Qarabağ” klubu başçılıq edir. Hesabındakı xalların sayını 22-yə çatdıran “Keşlə” ikinci yerə yüksəlib. “Sumqayıt” isə 17 xalla dördüncü pillədədir.


Digər xəbərlər