Futbol üzrə Avropa çempionatının püşkü atılıb və Türkiyənin bəxtinə Azərbaycan düşüb

  Bölmə: Avro-2020 | 224 | 22:18 30-11-2019
Futbol üzrə Avropa çempionatının püşkü atılıb və Türkiyənin bəxtinə Azərbaycan düşüb

Bu gün 2020-ci ildə keçiriləcək Avropa çempionatının püşkü atılıb.

Rumıniyanın paytaxtı Buxarestdə təşkil edilən tədbirdə 24 komanda 4 səbətə bölünüb. Qitə çempionatına seçmə mərhələdən vəsiqə qazananlar ilk üç səbətdə, Millətlər Liqası vasitəsilə  iştirak hüququ qazanacaq komandalar isə dördüncüdə olub.

İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsində A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milliləri mübarizə aparacaq.

A qrupu

  Türkiyə, İtaliya (ev sahibi), Uels, İsveçrə

B qrupu

  Danimarka (ev sahibi), Finlandiya, Belçika, Rusiya (ev sahibi)

C qrupu

  Niderland, Ukrayna, Avstriya, D Liqasının qalibi

D qrupu  

İngiltərə (ev sahibi), Xorvatiya, C Liqasının qalibi, Çexiya

E qrupu  

İspaniya (ev sahibi), İsveç, Polşa, B Liqasının qalibi

F qrupu

A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya (ev sahibi)

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.


Digər xəbərlər