"Neftçi" nin futbol veteranı dünyasını dəyişib

  Bölmə: Ölkə futbolu | 435 | 17:45 02-12-2019
"Neftçi" nin futbol veteranı dünyasını dəyişib

Azərbaycan Futbol İctimayyətinə ağır itki baş vermişdir .

Ömrünün 80-ci ilində Respublikanın Əməkdar Məşqçisi Fazil Abbasov dünyasını dəyişmişdir .

Fazil Abbasov futbolçu karyerasını 1961-ci ildə "Spartak" Bakı komandasında başlamışdır . Növbəti ilini  "Neft Daşları" komandasında keçirdikdən sonra , "Neftyanik" Bakıya dəvət almışdır . Karyerasının növbəti illərində "Dinamo" Bakı , Polad Sumqayıtda keçirən Fazil Abbasov , futbolçu karyerasını "Sumqayıt" klubunda başa vurmuşdur .

Məşqçi karyerası kifayət qədər uğurlu alınmışdır . Ölkə futbolunda tanınan bir çox simalar - Tərlan Əhmədov , Lev Mayorov , Ruslan Lukin , Dmitri Lukoşkin , Emin Salmanov , Arif Əsədov və digərlərinin üzərində Fazil Müəllimin əməyi vardır. Çəkdiyi əziyyət , həm yetişdirdiyi futbolçu , həm də Respublikanın idman rəhbərliyinin diqqətindən kənar qalmamışdır və Respublikanın  Əməkdar Məşqçisi fəxri adına layiq görülmüşdür .

OLİMPSPORT və AFFA Həmkarlar İttifaqı mərhumun ailəsinə və yaxınlarına baş sağlığı verir .

Allah rəhmət eləsin!


Digər xəbərlər