Azərbaycan Premyer Liqası: "Sabah" xorvatiyalı yeni baş məşqçisi ilə ilk məğlubiyyətini aldı

  Bölmə: Ölkə futbolu | 626 | 11:51 03-12-2019
Azərbaycan Premyer Liqası: "Sabah" xorvatiyalı  yeni baş məşqçisi ilə ilk məğlubiyyətini aldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna yekun vurulub

 "Sabah" klubu "Qarabağ"ı qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan matçda qonaqlar qalib gəliblər - 1:0.

Xorvatiyalı Jelko Sopiçin meydan sahiblərinin baş məşqçisi postunda debüt etdiyi görüşün 74-cü dəqiqəsində Abdullah Zubir fərqlənib. Ağdam təmsilçisi bu qalibiyyətdən sonra xalını 30-a çatdırıb. "Sabah" isə 13 xalla 6-cı sıradadır.

Qeyd edək ki, hesabat turunda "Qəbələ" "Zirə"yə 3:0, "Keşlə" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" qarşılaşması isə qolsuz bərabərliklə yekunlaşıb.


Digər xəbərlər