Azərbaycan Premyer Liqası: "Qarabağ" öz meydanında "Keşlə" ni məğlub edə bilmədi

  Bölmə: Ölkə futbolu | 2846 | 22:26 06-12-2019
Azərbaycan Premyer Liqası: "Qarabağ" öz meydanında "Keşlə" ni məğlub edə bilmədi

Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura start verilib.

İlin son turunun ilk oyun günündə bir görüş keçirilib. Lider "Qarabağ" ikinci pillədə qərarlaşan "Keşlə"ni qəbul edib. Matç 2:2 hesabı ilə başa çatıb. Bu hər iki komandanın 2019-cu il üçün ölkə çempionatında son oyunu olub.

Qeyd edək ki, turun digər qarşılaşmaları dekabrın 8-i keçiriləcək.

6 dekabr (cümə) 19:00.“Qarabağ” – “Keşlə” - 2:2

Qollar: Dani Kintana, 4 (1:0), Hacıağa Hacılı, 40 (1:1), Mahir Emreli, 45 (2:1), Tural Bayramlı, 47 (2:2)

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov

Tofiq Bəhramov adına Respublika Stadionu


Digər xəbərlər