UEFA Avropa Liqası: "Qarabağ" evdə Luksemburq təmsilçisini məğlub edə bilmədi - DİGƏR GÖRÜŞLƏR

  Bölmə: Xarici futbol | 1755 | 07:37 13-12-2019
UEFA Avropa Liqası: "Qarabağ" evdə Luksemburq təmsilçisini məğlub edə bilmədi - DİGƏR GÖRÜŞLƏR

Dekabrın 12-də oynanılan 24 qarşılaşma ilə UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

 

 A qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Lüksemburqun “Düdelanj” komandasını qəbul edib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Qrupun digər oyununda Kiprin APOEL klubu öz meydanında İspaniyanın “Sevilya” komandasından üstün olub - 1:0.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu:

“Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) - 1:1;

APOEL (Kipr) – “Sevilya” (İspaniya) - 1:0.

B qrupu:

“Kopenhagen” (Danimarka) – “Malmö” (İsveç) - 0:1;

 

C qrupu:

“Bazel” (İsveçrə) – “Trabzonspor” (Türkiyə) - 2:0;

“Xetafe” (İspaniya) – “Krasnodar” (Rusiya) - 3:0.

D qrupu:

“LASK Linz” (Avstriya) – “Sportinq” (Portuqaliya) - 3:0;

“PSV Eyndhoven” (Hollandiya) – “Rusenborq” (Norveç) - 1:1.

E qrupu:

“ÇFR Kluj” (Rumıniya) – “Seltik” (Şotlandiya) - 2:0;

“Renn” (Fransa) – “Latsio” (İtaliya) - 2:0.

F qrupu:

“Standard” (Belçika) – “Arsenal” (İngiltərə) - 2:2;

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Gimarayeş” (Portuqaliya) - 2:3.

G qrupu:

“Reyncers” (Şotlandiya) – “Yanq Boyz” (İsveçrə) - 1:1;

“Portu” (Portuqaliya) – “Feyenoord” (Hollandiya) - 3:2.

H qrupu:

“Espanyol” (İspaniya) - MOİK (Moskva, Rusiya) - 0:1;

“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) - 1:1.

I qrupu:

“Volfsburq” (Almaniya) – “Sent-Etyen” (Fransa) - 1:0;

“Gent” (Belçika) – “Aleksandriya” (Ukrayna) - 2:1.

J qrupu:

“Borussiya Mönxenqladbax” (Almaniya) – “Başakşehir” (Türkiyə) - 1:2;

“Roma” (İtaliya) – “Volfsberq” (Avstriya) - 2:2.

K qrupu:

“Vulverhempton” (İngiltərə) – “Beşiktaş” (Türkiyə) - 4:0;

“Slovan” (Bratislava, Slovakiya) – “Braqa” (Portuqaliya) - 2:4.

L qrupu:

“Mançester Yunayted” (İngiltərə) – “AZ Alkmaar” (Hollandiya) - 4:0;

“Partizan” (Serbiya) – “Astana” (Qazaxıstan) - 4:1.


Digər xəbərlər