Futbol üzrə milli komandamızın sabiq həkimi jurnalistləri AFFA-ya qarşı birləşməyə çağırdı

  Bölmə: Maqazin | 1748 | 18:39 13-12-2019
Futbol üzrə milli komandamızın sabiq həkimi jurnalistləri AFFA-ya qarşı birləşməyə çağırdı

Futbol üzrə milli komandamızın keçmiş həkimlərindən biri olan Naib Abdulla idman mediasına müraciət edib.

OLİMPSPORT həmin  müraciəti olduğu kimi oxuculara təqdim edir. 

Hörmətli İdman yazarları,media nümayəndələri,bildiyiniz kimi bu gün 13 dekabr 2019-cu ildə AFFA İK-nın növbəti toplantısı keçrildi.Media nümayəndələrinin dediyinə görə yenə də qəbul olunan qərarları,müzakirə olunan məsələləri, AFFA-nın baş katibi Elxan Məmmədovun diqtəsi ilə qapı arxasından izləməli olublar.

Əslində güman edirəm ki, bu addım sizin xeyirinizə oldu,çünki dəyişən heç nə yoxdur,ürək ağrıdan nəticələri ,ürəkbulandıran yalanları eşitməmək üçün, baş verənləri kənardan izləmək və eşitmək daha məsləhətdir.Çünki nə əsəblər tab gətirmir,nə də ürək bu xəcalət yükünü daşımaqda israrlı deyil.Dünya ölkələri idman təsərrüfatının bütün sahələrindən , o cümlədən futbolun inkişafından ağızdolusu danışdığı halda, biz yalanları biri-birimizə sırımaqda,sonda dövlət qurumlarını ,nəhayətdə ölkə başçısını aldatmaqda çox,özdə lap çox, inkişaf etmişik. .

2019-cu ili futbol üzrə milli yığma komandamız, Avropa çempionatının seçmə mərhələsini 1 xalla başa vurub. 21 yaşlılarımız Lixtenşteyn kimi cırtdan dövlətə 1-0 uduzub.17 yaşlılarımız 3 oyuna 10 top buraxıb 1 top vurub və 19 yaşlılarımız 2019-cu ildə Avropa çempionatının seçmə oyunlarında heç bir uğura imza atmayıb.

Premyer Liqada 8 komandalıq Bakı çempionatı keçiririk. Regionlarda futbolu ləğv etmişik,1-ci divizionu TOP-AZ-da qumara qoymuşuq, ora Premyer Liqadakı əvəzedici heyyətləri də əlavə etmişik. Bu gün 25 futbolçunu qumar oyunlarında suçlu bilib futboldan diskalifikasiya etmişik.Bəs bu qumar oyunlarının təşkilatçıları ,U-21 Yığma komandanın Fransa ilə oyunda qumarda adı hallanan və onları bu işə vadar eləyənlərin aqibəti,yaxud Milli komandanın zorla milliləşdirdiyimiz üzvlərinin paltardəyişmə otağındakı intizamsızlığın sonda nəticəyə təsir edən ədəbsizliyin bədəlini kim ödəyəcək?. Yəqin ki,birdən -birə ayıblarımızın hamısının üstün açmaq kimlərəsə sərf etmir.Ona görə də neqativ nə varsa planı artıqlaması ilə doldurmuşuq deyə qalmış məsələlərin üstünün açılması yəqin ki, 2020-ci ilin hesabatına saxlanılıb. İş adamlarını,sponsorları futboldan disgindirmişik.2005-2015- cu ildə Futbolun inkişafı üçün qəbul olunmuş dövlət proqramınada ölkədə Uşaq  akademiyaların açılmasına nəzərdə tutulmuş vəsaiti, Almanyanın Berlin şəhərində uşaq futbol məktəbi açmaqdan tutmuş, keyfiyyətsis yemək, geyim, şişirdilmiş dərman və sarğı materialları almaq, süni örtüklü stadionlar salmağa qədər hara gəldi,necə gəldi səpələmişik.

AFFA-nın rəhbərliyinin yarıtmaz təşkilatçılığı sayəsində sponsorları,futboldan küsdürmüşük. Son 10 ildə Lənkəran,İmişli,Karvan, Şahdağ, Şəmkir, və.s kimi klubları dağıtmışıq. Çünki nə qədər ki komandalara sponsorlar baxırdı AFFA hakimlər vasitəsi ilə və digər qondarma incik salıcı bəhanələrlə sponsorları özlərindən asılı vəziyyətə salırdılar.Bu gün məlum olur ki, AFFA-nın bu siyasəti hal-hazırki vəziyyət üçün hesablanıbmış.Yəni indi ölkədə 8 Premyer Liqa  komandasının 5-i və 1-ci divizionun bir neçə komandasını AFFA maliyyələşdirir, rəhbərləri də AFFA özü təyin edir . Amma AFFA-da işləyən futbol"mütəxəsisləri" və AFFA-nın baş katibi Elxan Məmmədov utanmadan futbolun inkişafından yalanı ağız dolusu 10 milyon insanımızın üzünə üfürməsi ,hərdən adama elə gəlir ki,bəlkə mən başqa planetdə yaşıyıram, baş verənlərdən xəbərim yoxdur.Axı toya,yasa gedərkən bu mənzərənin əksi ilə rastlaşırsan,qeyri rəsmi yerlərdə hər kəs futbolumuzu bu günə qoyanları asır ,kəsir,söyür,yamanlayır.Hətta futbolu bu günə qoyanlar, özləri hamıdan çox futbolu bu acınacaqlı duruma salanları söyür və narazılığın bildirir.İndi gəl anla görüm necə anlayırsan? Burada deyirlər ey özümü qoyaram qammaz yerinə səni də qoyaram yana yana.

Əziz və hörmətli idman yazarları,media nümayəndələri, nə qədər ki,içərinizdə millətin təssübünü Elxan Məmmədovun verdiyi ( əslində isə o sizin haqqınızdır ) 5-10 manat tula payına satanlar olacaq, nə qədər k,i adını futbol "mütəxəsisi "qoyub AFFA-nın Futbolu məhv edən qərarlarına əl qaldırıb sonra küncdə bucaqda sənə mənə qeybət edən "futbol" adamları olacaq, bax futbolumuz da bu durumda olacaq. Əgər xəcalətli qalmaq, daha belə yaşamaq istəmirsinizsə, onda gərək həmrəy olmağı,birlik nümayiş etdirməyi,vətəndaş mövqeyi ortaya qoymağı və bizə xəcalətli yaşamağı rəva görən, sırımağı özünə həyat fəlsəfəsi seçən rəhbər simaları kreslo qarışıq tarixin zibbilliyinə göndərməyi bacarmalısınız.

Naib Abdulla 


Digər xəbərlər