Azərbaycanda danışılmış oyunlarda iştirak edən şəxslərin adları açıqlanıb-SİYAHI

  Bölmə: Ölkə futbolu | 2917 | 21:07 13-12-2019
Azərbaycanda danışılmış oyunlarda iştirak edən şəxslərin adları açıqlanıb-SİYAHI

Xəbər verdiyimiz kimi bu gün AFFA İK-nın iclası keçirilib.  İclasda gündəmə gələn məsələlərdən biri də danışılmış oyunlar olub.

Birinci divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2”  futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.  

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:  

Turan Tovuz (I Divizion)

1.Qocayev Sənan – futbolçu

2. Rüstəmov Misir – futbolçu

3. Bağırov Emin – futbolçu

4. Sadıqov İlkin – futbolçu

5. Məmmədov Rüfət – futbolçu

6. Tağıyev Eltay – futbolçu

7. Quluzadə Şahin – futbolçu  

Ağsu (I Divizion)

1.Kərimov Rəşad – İcraçı direktor 

2. Bayramov Kənan – qapıçılar üzrə məşqçi

3. Hacıyev Ənvər – klubun işçisi

4. Əliyev Ramil – futbolçu

5. İbrahimov Vüsal – futbolçu

6. Əmrahov Qalib – futbolçu

7. Əliyev Elçin – futbolçu

8. Əliyev Məhəmməd – futbolçu

9. Həşənov Şamo – futbolçu

10. Mirzaliyev Ruslan – futbolçu

11. Quliyev Orxan – futbolçu

12. Rəhimov Fərrux – futbolçu

13. Həşimov Elçin – futbolçu

14. Babayev Malik – futbolçu

15. Kərimov Ramil – futbolçu

16. Mustafayev Vüsal – futbolçu

17. Məmmədov Kənan – futbolçu

  Zirə (I Divizion)

1.Əliyev Səbuhi – futbolçu  

Uğur FK (region liqası)

1.Məhərrəmov Cəmşid – futbolçu

  Ağsu Siti (region liqası)

1.Alhüseynli Tuqay – futbolçu  

Alyans FK (region liqası)

1.Rəhimli Cəmil – futbolçu  

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.


Digər xəbərlər