Q.Qurbanovun oğlu Musa Qurbanlı ilk dəfə "Qarabağ" ın heyətində kubok matçına çıxıb və qələbə qazanıb

  Bölmə: Ölkə futbolu | 2018 | 06:28 21-12-2019
Q.Qurbanovun oğlu Musa Qurbanlı ilk dəfə "Qarabağ" ın heyətində kubok matçına çıxıb və qələbə qazanıb

Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

1/4  final mərhələsinin son cavab matçında "Keşlə" "Qarabağ"ı qəbul edib. "ASCO Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 20-ci dəqiqədə açılıb. Mahir Emreli komandasını önə çıxardıb. Görüşün 40-cı dəqiqəsində isə Xayme Romero "Keşlə"ni yenidən mərkəzə dəvət edib. Oyunun 67-ci dəqiqəsində Xəzər Mahmudov fərqi azalda bilib. Qarşılaşmanın 90+2-ci dəqiqəsində Toral Bayramlı fərqi daha da artırıb. İlk görüşdə 1:0 hesablı qələbə qazanan "Qarabağ" yarımfinala yüksəlib. Son ölkə çempionu bu mərhələdə "Sumqayıt"la üz-üzə gələcək.

Digər yarımfinalda isə "Zirə" və "Qəbələ" komandaları qarşılaşacaqlar. Bu mərhələnin oyunları aprelin 22-si və 29-da keçiriləcək.


Digər xəbərlər