AFFA Həmkarlar İttifaqı ( AFFA Hİ ) Sumqayıtda yerli təşkilat yaradıb

  Bölmə: Ölkə futbolu | 628 | 00:17 22-12-2019
AFFA Həmkarlar İttifaqı ( AFFA Hİ ) Sumqayıtda yerli təşkilat yaradıb

AFFA Həmkarlar İttifaqı ( AFFA Hİ ) Sumqayıtda yerli təşkilat yaradıb.

OLİMPSPORT xəbər verir ki, səsvermə yolu ilə Elçin Kərimov təşkilatın sədri seçilib. 

Xatırladaq ki, tədbirdə AFFA Hİ -nin sədri Nazim Süleymanovla yanaşı ittifaqın üzvləri, Naib Abdulla, Samir Ələkbərov və Anar Xanlarov da iştirak ediblər.

Nazim Süleymanovun "olimpsport.az"saytına  bildirdiyinə görə növbəti ilin ilk ayında bölgələr də daxil olmaqla geniş tərkibdə iclas keçiriləcək və 2020-ci ilin iş planı hazırlanacaq.

Qeyd edək ki, Lənkəran, Masallı, İmişli və Şirvandan sonra Sumqayıt şəhər futbol ictimaiyyəti 5-ci bölgə olaraq yerli təşkilat yaradıb. 


Digər xəbərlər