Tanınmış idman jurnalisti deputatlığa namizəd oldu

  Bölmə: Maqazin | 587 | 23:10 27-12-2019
Tanınmış idman jurnalisti deputatlığa namizəd oldu

Tanınmış idman  jurnalisti deputatlığa namizəd oldu

 Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Fərzəliyev Murad Qoçu oğlu növbədənkənar parlament seçkilərində iştirak edəcək.

OLİMPSPORT Rakus.az saytına istinadən xəbər verir ki, M.Fərzəliyev 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. O, 1963-cü il 22 avqust tarixində İmişli rayonunda anadan olub. M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

-İmişli Rayon Komsomol Komitəsində ikinci katib, Rayon İcra Hakimiyyətində təlimatçı vəzifələrində çalışıb. -Şəhər Sovetinin deputatı, gənclərlə iş komissiyasının sədri seçilib. “Şücaət” hərbi-vətənpərvərlik klubunun təsisçisi və rəhbəri olub. Sovet dövründə Əfqanıstanda döyüşən azərbaycanlı əsgərlərə həsr olunmuş “Onlar bizimlə yaşıd idi…” xüsusi buraxılışının müəllifidir.

-1993-cü ildən 2001-ci ilədək İmişli rayonunun ictimai-siyasi mətbuat orqanı olan “Xalq sözü” qəzetinin baş redaktoru olub.

-İmişli Rayon Ziyalılar Cəmiyyətinin sədri seçilib. -2001-ci ildən Milli Olimpiya Komitəsində (MOK) aparıcı məsləhətçi vəzifəsində işləyir və eyni zamanda MOK-un rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzetinin baş redaktorudur. Jurnalistika sahəsində 1989-ci ildən fəaliyyətə başlayıb. MOK-un və Ədalətli Oyunlar Komissiyasının üzvüdür.

-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

– Dəfələrlə yay və qış Olimpiya oyunlarında, Avropa Yeniyetmələrinin Olimpiya Festivallarında, Gənclərin Yay Olimpiya, İslam Həmrəyliyi və II Avropa Oyunlarında, eyni zamanda Olimpizm və idmanla bağlı beynəlxalq tədbirlərdə nümayəndə heyətinin tərkibində ölkəmizi jurnalist kimi təmsil edib.

-Bədii yaradıcılıqla məşğul olur, “Bir az gecikəndə” adlı şeirlər kitabının müəllifidir. Bir şeri orta məktəb dərsliyinə salınıb. Şeirləri Türkiyədə nəşr olunan “Avrasiya şairlərinin antologiyası” kitabında dərc edilib. Elmi iş üzərində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) üzvüdür.

Xatırladaq ki, Murad Fərzəliyev seçkinin prosedur qaydalarına uyğun olaraq artıq imzatoplama kampaniyasını başa çatdırıb.

Qeyd edək ki, Murad Fərzəliyev  OLİMPSPORT ailəsinə də  çox yaxın isimdir. O, OLİMPSPORT jurnalının yaranmasında və bu günə qədər fəaliyyət göstərməsində əvəzsiz rol oynayıb. Biz də OLİMPSPORT ailəsi olaraq Murad müəllimə bu yolda uğurlar arzulayırıq.


Digər xəbərlər