OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev AİPS-yə üzv olub

  Bölmə: Maqazin | 230 | 23:55 30-12-2019
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev AİPS-yə üzv olub

30 dekabr 2019-cu il tarixdə,  Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının ( AİJA ) "Azərbaycan" Nəşriyyatındakı baş ofisində təşkilatın yığıncağı keçirilib. Yığıncaqda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 2020-2021-ci illər üçün üzvlük kartları təqdim edilib.

"OLİMPSPORT" jurnalının baş redaktoru Ramin Allahverdiyev Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) və Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) ikinci dəfə üzvü olub.  Ona  2020-2021-ci illər üçün AİPS-in üzvlük kartını AİPS-in ölkəmizdəki səlahiyyətli nümayəndəsi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının ( AİJA ) prezidenti Eldar İsmayılov təqdim edib.

Həmkarımızı təbrik edirik!


Digər xəbərlər