Əməkdar jurnalistin deputatlığa namizədliyi qeydə alındı

  Bölmə: Maqazin | 1229 | 23:31 04-01-2020
Əməkdar jurnalistin deputatlığa namizədliyi qeydə alındı

ƏMƏKDAR JURNALİSTİN DEPUTATLIĞA NAMİZƏDLİYİ QEYDƏ ALINDI

Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyevin 79 saylı İmişli dairə seçki komissiyası tərəfindən deputatlığa namizədliyi qeydə alınıb.

OLİMPSPORT xəbər verir ki, deputatlığa namizədin seçki qərargahı fəaliyyətə başlayıb. Keçirilən ilk iclasda Nazim Əzimov qərargahın sədri seçilib. Hazırda deputatlığa namizədliyi qeydə alınan Murad Fərzəliyevin seçki qərargahında komandası tərəfindən təbliğat-təşviqatla bağlı hazırlıq işləri aparılır.

Qeyd edək ki, Murad Fərzəliyev uzun illərdir ki, idman sahəsində çalışır. Heç şübhəsiz ki, Murad Fərzəliyev deputat seçiləcəyi təqdirdə Azərbaycan idmanına  bir millət vəkili kimi də öz töhfəsini verəcək. Onu yaxından tanıyanlar bilir ki, O ölkə idmanının təəssübkeşliyini çəkməklə yanaşı idman jurnalisti kimi daima fəallığı ilə seçilib.

Həmkarımıza bu yolda uğurlar arzulayırıq!


Digər xəbərlər