AFFA Hİ-nin növbəti iclası keçirildi - idarə heyətinin yeni üzvləri açıqlandı

  Bölmə: Ölkə futbolu | 1095 | 22:54 18-01-2020
AFFA Hİ-nin növbəti iclası keçirildi - idarə heyətinin yeni üzvləri açıqlandı

AFFA Hİ-nin növbəti iclası keçirildi - idarə heyətinin yeni üzvləri açıqlandı

 Yanvarın 17-də AFFA Həmkarlar İttifaqı ( AFFA Hİ ) 2020-ci ildə ilk iclasını keçirib.

Olimpsport.az xəbər verir ki, iclasda 2020-ci ildə təşkilatın yeni iş planının hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb. İrəli sürülən təkliflər əsasən, təşkilatın fəaliyyətini gücləndirmək üçün olub. Qeyd edilib ki, kəmiyyətdən daha çox keyfiyyətə üstünlük vermək lazımdır. Bu təklif əbəs yerə əsas müzakirə mövzusu olmayıb. Çünki yeni yaranmış təşkilatın tam hüquqi fəaliyyəti üçün bir az zamana ehtiyac olduğuna görə bəzən buna səbri çatmayıb, təşkilatı tərk edənlər də olur. Elə bu yaxınlarda öz ərizələri ilə təşkilatı tərk edən Babək Alxasov və Əfqan Talıbov nümunə gətirilib. Onların həmkarların sırasından getmələri anlayışla qarşılanıb.

Nazim Süleymanov bildirib ki, bundan sonra da sıralarımızı kimsə tərk edə bilər və bu o demək deyil ki, biz öz məqsədimizdən əl çəkəcəyik. Sədr fikirlərinə əlavə edərək deyib ki, üzvlərimizin sıralarımızı tərk etmək şərtilə onlara iş verilirsə,  bu dolayısı ilə təşkilatın uğurlu fəaliyyətidir.

Nazim müəllim ittifaqa yeni qoşulmaq istəyənlərin, bu yolun sonunun harda, nə vaxt bitəcəyini bilmədiyi üçün gözləmə mövqeyi tutanlara və səbri çatmayıb, sıralarından çıxanlara mesaj olaraq bildirdi ki, bizim üzvümüz olanlar indiyə qədər qazanıblar ki, itirməyiblər.

Daha sonra ölkə başçısı cənab İlham Əliyevə müraciət hazırlanıb. Müraciət imzalandıqdan və yaxın günlərdə keçiriləcək mətbuat konfransından dərhal sonra ölkə başçısına göndəriləcək.

Qeyd edək ki, Babək Alxasovla Əfqan Talıbov AFFA Həmkarlar İttifaqının( AFFA Hİ ) İdarə Heyətini tərk etdiyi üçün onların yerinə Samir Ələkbərov və Ramin Allahverdiyev seçilib.


Digər xəbərlər