Əməkdar jurnalist hər gün ən azı 3 kütləvi görüş keçirir

  Bölmə: Maqazin | 787 | 15:33 20-01-2020
Əməkdar jurnalist hər gün ən azı 3 kütləvi görüş keçirir

DEPUTATLIĞA NAMİZƏD MURAD FƏRZƏLİYEV SEÇİCİLƏRLƏ HƏR GÜN ƏN AZI 3 KÜTLƏVİ GÖRÜŞ KEÇİRİR

OLİMPSPORT  xəbər verir ki, 79 saylı İmişli seçki dairəsi üzrə deputatlığa namizəd Murad Fərzəliyevin seçicilərlə çoxsaylı görüşləri davam edir. Deputatlığa namizədin seçki qərargahına da hər gün 80-90 nəfər seçici gəlir. Onlar Murad Fərzəliyevlə, onun vəkilləri, komanda üzvləri ilə görüşərək, deputatlığa namizədin platforması ilə tanış, olur, öz arzu və istəklərini bildirir, müəyyən problemlərin aradan qaldırılması üçün müraciətlər edirlər. Bu müraciətlərdə işsizlik, yol, içməli su və təbii qazın verilməsindəki problemlər daha çox diqqəti cəlb edir.

Deputatlığa namizəd Murad Fərzəliyev seçiciləri diqqətlə dinləyir, qərargahda seçicilərin müraciətləri ilə bağlı ayrılan xüsusi kitabında qeydlər aparır. O seçicilərin üzləşdikləri hər bir probleminin müvafiq dövlət orqanları qarşısında qaldırılaraq həlli mümkün olduğunu, əgər seçicilər ona etimad göstərərlərsə bu istiqamətdə daha böyük səylə çalışacağını bildirir.

Murad Fərzəliyevlə həm 79 saylı İmişli seçki dairəsinin müxtəlif ərazilərində, həm də seçki qərargahında görüşən seçicilər Milli Məclisə növbədənkənar seçkilərdə fəal iştirak edəcəklərini və Murad Fərzəliyevin deputatlığa namizədliyini dəstəkləyərək, ona səs verəcəklərini bildirirlər.

Hazırda təbliğat-təşviqat kompaniyasının yeni mərhələsi başlayıb. Belə ki, tədbirlər planına uyğun olaraq, bütün yaşayış məntəqələrini əhatə etmək şərti ilə hər gün 3 kənddə görüşlərin keçirilməsinə start verilib.


Digər xəbərlər