AFFAHİ sabah mətbuat konfransı keçirəcək

  Bölmə: Ölkə futbolu | 769 | 17:29 23-01-2020
AFFAHİ sabah mətbuat konfransı keçirəcək

AFFA Həmkarlar İttifaqı ( AFFAHİ ) sabah mətbuat konfransı keçirəcək.

OLİMPSPORT xəbər verir ki, mətbuat konfransında 2019-cu ildəki təşkilatın fəaliyyəti ilə bağlı  media nümayəndələrinə məlumat veriləcək. Bundan əlavə bu gün keçirilən daxili iclasda təşkilatın sədri Nazim Süleymanov bildirib ki, mətbuat konfransında ölkə başçısı cənab İlham Əliyevə AFFAHİ-nin idarə heyətinin üzvləri adından ünvanlanan məktub da oxunacaq. 

Qeyd edək ki, AFFAHİ yarandığı gündən AFFA tərəfindən tanınmır. Nazim Süleymanov sədri olduğu ittifaqın adından AFFA rəhbərliyinə əməkdaşlıq etmək üçün müraciət etsə də müsbət cavab ala bilməyib. Elə bu səbəbdən də qərara alınıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət olunsun.


Digər xəbərlər