Güləşçimiz dünya çempionu oldu

  Bölmə: Güləş | 960 | 22:32 25-01-2020
Güləşçimiz dünya çempionu oldu

İranda pəhləvan güləşi üzrə III dünya çempionatı keçirilib.

Olimsport.az məlumat yayır ki, yarış 18-22 yanvar tarixlərinə baş tutub. 125 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Vüsal Cavadov bütün rəqiblərinə qalib gələrək, dünya çempionu olub.

Zimbabve, Tacikistan, İran İslam Respublikası pəhləvanlarını üstələyən Vüsal Cavadov finalda Kamerun idmançısını məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Vüsal Cavadov eyni zamanda pəhləvanlıq sənəti üzrə müxtəlif hərəkətlərdə dəfələrlə dünya rekordu qırıb. Bundan əlavə o, zorxana və pəhləvan güləşi üzrə dəfələrlə dünya, Avropa çempionatlarının mükafatçısı olub.

Xatırladaq ki, Vüsal Cavadov Ədliyyə Nazirliyinin də əməkdaşıdır.


Digər xəbərlər