Murad Fərzəliyev camaata ən çox etimad göstərdiyi namizədə səs verməyi tövsiyə edir

  Bölmə: Maqazin | 1385 | 10:11 26-01-2020
Murad Fərzəliyev camaata ən çox etimad göstərdiyi namizədə səs verməyi tövsiyə edir

DEPUTATLIĞA NAMİZƏD MURAD FƏRZƏLİYEVİN SEÇİCİLƏRLƏ KÜTLƏVİ VƏ FƏRDİ GÖRÜŞLƏRİ DAVAM EDİR

79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Murad Fərzəliyev seçicilərlə yaşayış məntəqələrində və seçki qərargahında görüşləri davam edir. Deputatlığa namizədin rayonun Çaxırlı və Xubyarlı kəndlərində seçicilərlə keçirilən kütləvi görüşlərində seçicilər arzu və istəklərinin bildirərək, yol, körpü, məktəb, iş yerlərinin açılması və s. məsələlərdən danışmışlar.

Murad Fərzəliyev Milli Məclisə növbədənkənar seçkilərin demokratik və şəffaf keçəcəyini, seçicilərin ən çox etimad göstərdiyi deputatlığa namizədlərin seçiləcəyini diqqətə çatdıraraq, səsvermə hüququ olanları 9 fevralda seçki məntəqələrinə gələrək seçkilərdə fəal iştirak etməyə çağırıb.

Seçicilər onu dəstəkləyəcəklərini bildiriblər. 79 saylı İmişli seçki dairəsinə təqdim edilən təbliğat və təşviqat planına uyğun olaraq, digər kəndlərdə də görüşlər keçirilir.


Digər xəbərlər