Futbol üzrə milli komandamızın baş məşqçisi vəzifəsinə 32 namizəd var?

  Bölmə: Ölkə futbolu | 313 | 13:55 28-01-2020
Futbol üzrə milli komandamızın baş məşqçisi  vəzifəsinə 32 namizəd var?

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə 32 namizəd var.

OLİMPSPORT xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yanvarın 28-də təşkil olunan mətbuat konfransında deyib.

E.Məmmədov qeyd edib ki, AFFA-nın İcraiyyə Komitəsinin iclasında namizədlər təqdim olundu. Komitənin üzvləri namizədlər barədə fikirlərini bildirdilər.

AFFA-nın prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin hər bir üzvünə növbəti konfransadək fikirlərini təqdim etməyi tapşırıb. Növbəti konfransın 15 gün sonra keçiriləcəyini deyən E.Məmmədov konfransdan sonra namizədlərin qısa siyahısının müəyyənləşəcəyini vurğulayıb.


Digər xəbərlər