Murad Fərzəliyev seçicilərlə görüşlərini davam etdirir

  Bölmə: Maqazin | 1376 | 22:09 28-01-2020
Murad Fərzəliyev seçicilərlə görüşlərini davam etdirir

79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Murad Fərzəliyev seçicilərlə görüşlərini davam etdirir.

Hacırüstəmli və Aranlı kəndlərində keçirilən görüşlərdə həmişə olduğu kimi çoxsaylı seçicilər iştirak edib.

Hacırüstəmli kəndindəki görüşdən əvvəl Murad Fərzəliyev Vətənimizin ərazi bütövliyi uğrunda şəhid olmuş Paşayev Salman Zalı oğlunun anası Quliyeva Gülarə İsa qızını ziyarət edib. O, şəhid ailəsinin yaşayış səviyyəsi və qayğıları ilə maraqlanıb.

Şəhid anası dövlətin onlara göstərdiyi diqqət və qayğıdan razılığını bildirərək, şəhid oğlunun adının əbədiləşdirilməsi arzusunda olduğunu deyib. Hacırüstəmli və Aran kəndlərindəki seçicilərlə olan görüşlərdə onlar yolların abadlaşdırılması, qaz, suvarma suyu və s. məsələlərlə bağlı problemlərdən danışıblar.

Hər iki kənddə keçirilən görüşlərdə seçicilər Milli Məclisə keçirilən seçkilərin demokratik və şəffaf keçəcəyinə, ən çox səs toplayanın uğur qazanacağına əmin olduqlarına bildirərək, 9 fevralda seçki məntəqəsinə gələrək, Murad Fərzəliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki,təbliğat, təşviqat planına uyğun olaraq deputatlığa namizədin görüşləri davam edir.


Digər xəbərlər