Koronavirusla əlaqədar Çində futbol matçları təxirə salınıb

  Bölmə: Xarici futbol | 1374 | 16:39 30-01-2020
Koronavirusla əlaqədar Çində futbol matçları təxirə salınıb

Çin Futbol Assosiasiyası (ÇFA) ölkədə yayılan koronavirusun yeni növü ilə əlaqədar milli çempionatın 2020-ci il mövsümü üçün nəzərdə tutulan bütün matçlarını təxirə salınıb. 

AZƏRTAC assosiasiyaya istinadla xəbər verir ki, bu qərar koronavirusla mübarizə tədbirlərinə dəstək, habelə futbolla əlaqəli bütün şəxslərin sağlamlığının qorunması məqsədilə qəbul olunub.

ÇFA müvafiq dövlət qurumları ilə sıx əlaqəni davam etdirərək, Super Liqanın matçlarının başlanma vaxtını daha sonra açıqlayacaq. Qrafikə əsasən, matçlar fevralın 22-də başlamalı idi.

Asiya Futbol Konfederasiyası isə Çinin dörd komandasının Asiya Çempionlar Liqası çərçivəsində qarşıdakı üç oyununu rəqib meydanında keçirmələrinə qərar verib. Qeyd edək ki, Çində koronavirusun indiyədək aşkarlanmamış növünə (2019-nCoV) yoluxanların sayı 7828, bu virus səbəbindən ölənlərin sayı isə 170 nəfərə çatıb.

Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 12 min 139 nəfərdir. İndiyədək 133 nəfər sağalaraq xəstəxananı tərk edib.

Çindən başqa, Tailand, Koreya Respublikası, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya və Hindistanda ümumilikdə 79 nəfərin virusa yoluxması təsdiqlənib.

Şahin Cəfərov


Digər xəbərlər