Türkiyə Superliqası: "Trabzonspor" doğma meydanda "Fənərbağça"nı məğlub edib

  Bölmə: Xarici futbol | 594 | 09:51 02-02-2020
Türkiyə Superliqası: "Trabzonspor" doğma meydanda "Fənərbağça"nı məğlub edib

Fevralın 1-də Türkiyə Superliqasının XX turu çərçivəsində keçirilən qarşılaşmada "Trabzonspor" doğma meydanda "Fənərbağça"nı qəbul edib.

OLİMPSPORT  xəbər verir ki, oyuna fəal başlayan İstanbul təmsilçiləri artıq birinci dəqiqədə hesabı açmağa nail olublar. Maks Kruze Qarri Rodrigesin ötürməsini dəqiq tamamlayıb. Lakin meydan sahibləri matçın 16-cı dəqiqəsində Aleksander Sorlotun vurduğu qol sayəsində hesaba tarazlıq gətiriblər. Trabzonlular 32-ci dəqiqədə isə Filip Novakın qolu ilə hesabda önə keçiblər. Oyunun qalan vaxtı ərzində tərəflərin fərqlənməyə şansları olsa da, görüşdə hesab dəyişməyib və oyun 2:1 hesabı ilə "Trabzonspor"un xeyrinə bitib.

Günün digər qarşılaşmasında "Beşiktaş" səfərdə "Rizəspor"a 1:2 hesabı ilə qalib gəlib. "Antalyaspor"-"Konyaspor" oyununda isə qapılara qol vurulmayıb.

Turun digər oyunları fevralın 2 və 3-də keçiriləcək. Hazırda turnir cədvəlində "Sivasspor" klubu 41 xalla vahid liderdir. "Başakşəhər" 39 xalla ikinci "Trabzonspor" isə 38 xalla üçüncüdür.


Digər xəbərlər