Azərbaycan Premyer Liqası : “ Keşlə ” bu qələbə ilə ikinci pilləyə yüksəlib

  Bölmə: Ölkə futbolu | 1360 | 20:11 02-02-2020
Azərbaycan Premyer Liqası : “ Keşlə ” bu  qələbə ilə ikinci pilləyə yüksəlib

Fevralın 2-də futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun növbəti görüşündə “Qəbələ” doğma meydanda "Keşlə”ni qəbul edib.

OLİMPSPORT  xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyuna qonaqlar fəal başlayıblar. Görüşün 35-ci dəqiqəsində hesabı Bakı təmsilçilərinin müdafiəçisi Miyusko Boyoviç açıb. Cəmi beş dəqiqə sonra "Keşlə"nin hücumçusu Sezar Meza Kolli hesab arasındakı fərqi artırıb. Lakin meydan sahiblərinin müdafiəçisi İvika Zuniç 60-cı dəqiqədə hesab arasındakı fərqi minimuma endirsə də, komandanın bundan artığına gücü çatmayıb.

Beləliklə, matçda "Keşlə" komandası 2:1 hesabı ilə meydan sahibi "Qəbələ"ni məğlub edib və ikinci pilləyə yüksəlib.


Digər xəbərlər