Türkiyə Superliqası : “ Qalatasaray ” növbəti qələbəsini qazanıb

  Bölmə: Xarici futbol | 1070 | 00:25 03-02-2020
Türkiyə Superliqası : “ Qalatasaray ” növbəti qələbəsini qazanıb

Fevralın 2-də Türkiyə Superliqasının XX turu çərçivəsində keçirilən qarşılaşmada "Qalatasaray" doğma meydanda "Kayserispor"u qəbul edib.

OLİMPSPORT  xəbər verir ki, oyuna fəal başlayan İstanbul təmsilçiləri artıq beşinci dəqiqədə hesabı açmağa nail olublar. Adəm Böyük Mariano ötürməsini dəqiq tamamlayıb. Görüşün 21-ci dəqiqəsində "Qalatasaray"ın yarımmüdafiəçisi Rayan Donk hesab arasındakı fərqi artırıb. Sofian Fequli isə 64-cü dəqiqədə komandasının üçüncü qolunu vurub. Cəmi beş dəqiqə sonra isə Kayseri təmsilçisinin hücumçusu Muris Mesanoviç vurulan qollardan birinin əvəzini çıxıb. Matçın son dəqiqələrində Sofian Fequli dubl edərək "Qalatasaray"ın qələbəsini rəsmiləşdirib. Beləliklə, "Qalatasaray" doğma meydanda "Kayserispor"u darmadağın edib -4:1.

Günün digər qarşılaşmasında lider "Sivasspor" səfərdə "Rizəspor"a 5:1 hesabı ilə uduzub. "Ankaragücü"-"Kasımpaşa" oyununda isə qalib müəyyənləşməyib - 1:1.

"Alanyaspor" isə doğma meydanda "Yeni Malatyaspor"u 2:1 hesabı ilə üstələyib.

Turun digər son oyunu fevralın 3-də keçiriləcək. Hazırda turnir cədvəlində "Sivasspor" klubu 41 xalla vahid liderdir. "Başakşəhər" 39 xalla ikinci, "Trabzonspor" isə 38 xalla üçüncüdür.


Digər xəbərlər