İran yığması dünya çempionatında iştirak edə bilməyəcək

  Bölmə: Olimpiya Növləri | 320 | 00:52 03-02-2020
İran yığması dünya çempionatında iştirak edə bilməyəcək

İranın idman gimnastikası üzrə yığma komandası fevralın 20-də Avstraliyanın Melburn şəhərində keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

OLİMPSPORT AZƏRTAC-a istinadən xəbər verir ki, İran gimnastları dünya çempionatında iştirak etmək hüququ qazansalar da, Avstraliya iranlı idmançılara viza verməkdən imtina edib. Avstraliya rəsmi qaydada bəyan edib ki, İran idmançılarına viza verilməyəcək. İranın Gimnastika Federasiyası problemin həll edilməsi üçün Gənclər və İdman, eləcədə Xarici İşlər nazirliklərinə müraciət edib.

Rabil Kətanov


Digər xəbərlər