Azərbaycan Premyer Liqası: "Sabah" uzun fasilədən sonra qələbə qazanıb

  Bölmə: Ölkə futbolu | 2369 | 07:00 08-02-2020
Azərbaycan Premyer Liqası: "Sabah" uzun fasilədən sonra qələbə qazanıb

Fevralın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turuna “Sabah”-"Qəbələ" oyunu ilə start verilib.

OLİMPSPORT  xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən oyuna fəal başlayan qonaqlar 5-ci dəqiqədə Ülvi İsgəndərovun vurduğu qolla hesabı açıblar. Görüşün 19-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Marko Deviç hesaba tarazlıq gətirib. Cəmi 3 dəqiqə sonra “Sabah”ın yarımmüdafiəçisi Mario Marina komandasını hesabda önə çıxarıb. Birinci hissə bu hesabla bitib - 2:1. Qarşılaşmanın 64-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Ehtiram Şahverdiyev topu öz qapısına göndərib. Lakin qonaqların hücumçusu Nikolas Raysel on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi azaltsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Beləliklə, “Sabah” doğma meydanda “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edib.


Digər xəbərlər