Azərbaycan Premyer Liqası: "Keşlə" öz meydanında məğlub olub

  Bölmə: Ölkə futbolu | 2328 | 07:07 08-02-2020
Azərbaycan Premyer Liqası: "Keşlə" öz meydanında məğlub olub

Fevralın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunun ikinci matçında “Keşlə” doğma meydanda “Səbail”i qəbul edib.

OLİMPSPORT xəbər verir ki, “ASK Arena”da təşkil olunan oyunun taleyini bir qol həll edib. Qarşılaşmada yeganə qolu 51-ci dəqiqədə “Səbail”in yarımmüdafiəçisi Hendrik Ekşteyn on bir metrlik cərimə zərbəsindən vurub.

Fevralın 8 -də turun digər oyunları - “Sumqayıt”–“Zirə” və "Qarabağ”-“Neftçi” matçları keçiriləcək. Görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Hazırda turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xal olan “Keşlə” və “Neftçi” klubları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (16), "Səbail" (15) və “Qəbələ” (13) yer alıblar.


Digər xəbərlər