"Bavariya" klubu bu futbolçuya 90 milyon avro ödəməyə hazırdır

  Bölmə: Xarici futbol | 161 | 21:29 12-02-2020
"Bavariya" klubu bu futbolçuya 90 milyon avro ödəməyə hazırdır

Münxenin “Bavariya” klubu İngiltərənin “Liverpul” komandasının braziliyalı hücumçusu Roberto Firminonun transferi üçün 90 milyon avro ödəməyə hazırdır.

OLİMPSPORT  xarici KİV-lərə istinadla xəbər verir ki, Münxen təmsilçisi heyətdə 31 yaşlı polşalı hücumçusu Robert Levandovski üçün əvəzedici axtarır.

Klubun prezidenti Uli Hoeness yerli mətbuata açıqlamasında bildirib ki, “Bavariya” yay transfer pəncərəsində güclü futbolçular transfer etməklə yenidən Bundesliqada favorit olmaq niyyətindədir. Klub İngiltərənin “Mançester Siti” klubundan Leroy Saneni də transfer etmək fikrindədir.

R.Firmino 2011-2015-ci illərdə Bundesliqada çıxış edib. O, bu müddətdə “Hoffenhaym” klubunun şərəfini qoruyub.


Digər xəbərlər