Murad Bazarov Avropa çempionatının bürünc medalına sahib olub

  Bölmə: Güləş | 826 | 23:01 12-02-2020
Murad Bazarov Avropa çempionatının bürünc medalına sahib olub

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

OLİMPSPORT  xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Murad Bazarov bürünc medal qazanıb.

Təmsilçimiz debütdə çətinliklə də olsa, İtaliya güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda məğlubiyyətdən qaça bilməyib. Ermənistan güləşçisi finala yüksəldiyi üçün M.Bazarov fevralın 12-də təsəlliverici görüşdə iştirak edib və bolqarıstanlı güləşçiyə vaxtından əvvəl qalib gəlib. Finlandiya təmsilçisinə də eyni aqibəti yaşadan yeniyetmələrin Olimpiya çempionu Avropa çempionatının bürünc medalına sahib olub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.


Digər xəbərlər