Güləş üzrə Avropa çempionatında millimiz aktivinə 4-cü bürünc medalı yazdırıb

  Bölmə: Güləş | 1877 | 23:14 12-02-2020
Güləş üzrə Avropa çempionatında millimiz aktivinə 4-cü bürünc medalı yazdırıb

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Romada keçirilən Avropa çempionatında növbəti medalını qazanıb.

OLİMPSPORT  xəbər verir ki, güləşçimiz Ülvü Qənizadə (72 kq) Avropa çempionatına bolqar rəqibi üzərində inamlı qələbə ilə start verib. Lakin 1/4 finalda üçqat dünya çempionu, alman Frank Ştebleri məğlub etmək mümkün olmayıb. Titullu rəqib finaladək irəlilədiyindən güləşçimiz üçüncü yarış günündə - fevralın 12-də təsəlliverici görüşə çıxıb. Ü.Qənizadə cəmi 2 dəqiqə ərzində Moldovadan olan həmkarına qalib gəlib və bürünc medal uğrunda mübarizə aparmaq şansı əldə edib. Həlledici qarşılaşmada ikiqat Avropa çempionu və dünya üçüncüsü Adam Kurakla (Rusiya) qarşılaşan gənc güləşçimiz əzmkar qələbə qazanaraq millimizin hesabına dördüncü bürünc medalı yazıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.


Digər xəbərlər