Azərbaycan Premyer Liqası: "Qarabağ" "Zirə" nin qapısından 6 cavabsız top keçirib

  Bölmə: Ölkə futbolu | 1905 | 19:26 15-02-2020
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Zirə" nin qapısından 6 cavabsız top keçirib

Fevralın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start verilib.

OLİMPSPORT  xəbər verir ki, açılış görüşündə turnir cədvəlinin lideri “Qarabağ” səfərdə “Zirə” komandasının qonağı olub. Görüş ağdamlıların 6:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın heyətində Bədavi Hüseynov (4), Xayme Romero (11), Mahir Emreli (14), Ailton Silva (28), Abdullah Zubir (61) və Maqali Qeye (85) fərqləniblər.

Qarşılaşmanın 68-ci dəqiqəsində “Zirə”nin kapitanı Cavid Hüseynov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu qələbədən sonra xal ehtiyatını 38-ə çatdıran “Qarabağ” əsas izləyicisi, bir oyun az keçirən “Neftçi”dən 11 xal irəlidədir.


Digər xəbərlər