R.Pevtsov ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib olub

  Bölmə: Maqazin | 1484 | 06:48 16-02-2020
R.Pevtsov ilin ən yaxşı kişi idmançısı  nominasiyasında qalib olub

Pevtsov Avropanın ən yaxşısı seçildi Belarusun Minsk şəhərində Avropa Triatlon İttifaqının sayca 15-ci konfransına həsr olunmuş Qala gecədə ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib idmançımız Rostislav Pevtsov oldu.

OLİMPSPORT Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,  2016-cı ildə Avropa kubokunun qalibi, iki dəfə Dünya Kuboklarında nəticələri ilə fərqlənmiş, eyni zamanda, Avropa çempionatının gümüş və bürünc mükafatçısı, Ümumdünya Çimərlik Oyunlarının qalibi Rostislav Pevtsov bu mübarizədə Sem Dikons və Ben Diykstarı geridə qoymağı bacardı. Azərbaycan dövlətinə, Triatlon Federasiyasına dərin təşəkkürünü bildirən Pevtsov, Tokio 2020 Olimpiya oyunlarına ciddi hazırlaşdığını və bu qələbənin onun üçün böyük stimul olacağını media nümayəndələrinə bildirdi.


Digər xəbərlər