Rafael Ağayev nüfuzlu turnirdə qızıl medal qazanıb

  Bölmə: Olimpiya Növləri | 656 | 20:18 16-02-2020
Rafael Ağayev nüfuzlu turnirdə qızıl medal qazanıb

Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) Dubayda Karate 1 Premyer Liqa turnirində uğurla çıxış edib.

OLİMPSPORT  xəbər verir ki, karateçimiz turnirdə birinci yer uğrunda Luici Busa (İtaliya) ilə döyüşünü qalib başa vuraraq qızıl medal qazanıb.

Qeyd edək ki, bundan əvvəl digər karateçimiz İrina Zaretska (68 kq) bürünc medal əldə edib.

Dubayda Karate 1 Premyer Liqa turniri başa çatıb. Bu nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparıb.


Digər xəbərlər