Futbol üzrə Azərbaycan çempionatının XVII turuna yekun vurulub

  Bölmə: Ölkə futbolu | 1355 | 22:25 16-02-2020
Futbol üzrə Azərbaycan çempionatının XVII turuna yekun vurulub

FB_IMG_1581875637851Fevralın 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

OLİMPSPORT  xəbər verir ki, turun sonuncu görüşündə iki paytaxt təmsilçisi “Neftçi” və “Keşlə” klubları qarşılaşıb.

“Bakcell arena”da keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 11-ci dəqiqədə açılıb.

“Ağ-qaralar”ın heyətində Baqali Dabo adını tabloya yazdırıb. Matçın 17-ci dəqiqəsində “Neftçi” ikinci topu rəqibin qapısından keçirib. Bu dəfə Mamadu Mbodj fərqlənib.

İkinci hissəyə daha fəal başlayan “Keşlə” futbolçuları 53-cü dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Sezar Meza Kolli penaltidən fərqi minimuma endirib. Ancaq qonaqların qol sevinci cəmi 5 dəqiqə çəkib. Qarşılaşmanın 58-ci dəqiqəsində Stiven Jozef-Monroz dəqiq zərbə ilə komandasının 3-cü qolunu vurub.

Bu, Füzuli Məmmədovun “Neftçi”nin baş məşqçisi kimi ilk qalibiyyəti, “Keşlə”nin isə qış fasiləsindən sonra ardıcıl ikinci məğlubiyyəti olub.

Bu qələbədən sonra xallarını 30-a çatdıran “Neftçi” 2-ci pillədəki mövqeyini möhkəmləndirib. “Keşlə” isə 26 xalla 3-cü sırada qalıb.

Günün ilk oyununda “Səbail” doğma meydanda “Qəbələ”yə qalib gəlib - 3:1.

Qeyd edək ki, oyunun ilk günündə “Qarabağ” səfərdə “Zirə”ni 6:0, “Sabah” isə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.


Digər xəbərlər