Nazim Süleymanov - 55

Bu gün Azərbaycan futbolunun qızıl 10-luğuna layiq olan Nazim Süleymanovun 55 yaşı tamam olur.
Rusiya çempionatında futbolçu kimi sonuncu klubu olan Soçinin “Jemçujina” klubunun əvəzedici heyətində 2001-ci ildə məşqçi kimi debüt edən Nazim Süleymanovun komandası "Cənub" çempionatında 9-cu yerdə qərarlaşır. 2002-ci ildə soçililərin əsas komandasında məşqçilik fəaliyyətini davam etdirir. 2003-cü ildə vətənə dönən Süleymanov milli komandada seleksioner məşqçi kimi çalışdıqdan sonra 2004-cü ildə yenicə yaranmış Xəzər-Lənkəran klubuna baş məşqçi təyin olunur. 2018-ci ilə qədər müxtəlif klublarda və yığmada məqşçilik fəaliyyətini davam etdirən Nazim Süleymanovun son iş yeri elə doğma şəhərinin eyniadlı klubu "Sumqayıt" olur. Hazırda isə işsizdir.
Maraqlı faktlar:
"Bitməyən matç"
Peşəkar futbolçu karyerası :
-”Avtomobilçi” Mingəçevir-1982
-“Neftçi” Bakı-1983-1990 (177-oyun,27-qol)
-”Alaniya” Vladiqafqaz-1991-1996 (142 oyun,60-qol)
-”Jemçujina” Soçi-1997-2000 (67 - oyun, 13-qol)
-Azərbaycan milli komandası-1992-1999 (24-oyun,5-qol)
Boyu: 175 sm;
Çəkisi: 75 kq;
Ampulası: hücumçu;
Məşqçi karyerası:
-”Jemçujina” Soçi - 2001 (əvəzedici heyət)
-”Jemçujina” Soçi - 2002 (əsas heyət)
-Azərbaycan milli komandası - 2003 (seleksiyaçı məşqçi)
-”Xəzər-Lənkəran” - 2004 -Azərbaycan (məşqçi-seleksioner) - 2007
-”Olimpik-Şüvəlan” - 2009-2011
-Azərbaycan milli komandası (məşqçi) 2012-2013
Fəxri adları:
-Şimali Osetiyanın fəxri vətəndaşı, “Şöhrət” ordenlisi
-Şimali Osetiyanın Kosta Xetaqurov adına Universitetinin hüquq fakültəsini bitirib.
Qeyd edək ki, Nazim Süleymanov müstəqil Azərbaycan yığmasının ilk kapitanı və ilk qolunun müəllifidir. Dəfələrlə UEFA Çempionlar Liqasının və Kubokunun iştirakçısı olub.
Xatırladaq ki, Nazim Süleymanov karyerasının uğurlu dönəmlərində Rusiya millisinə dəvət almaq şansı əldə etsə də O, bir mənalı şəkildə Azərbaycan millisini seçmişdir. Bundan əlavə Nazim Süleymanov "Real Madrid" klubunun da maraq dairəsinə düşüb.
-
Milli Məclisin Gənclər və idman komitəsində bir qrup gənc idmançı və məşqçilərlə görüş keçirilib
...
-
Alman qapıçı: "Gərək Bəhramovun adını "Uembli" stadionuna qoyardız"
...
-
Olimpiadaya Yaponiya hökuməti 10 minə yaxın tibb işçisi cəlb etməyi planlaşdırır
...
-
Oleq Krapivin "YAŞAT" Fonduna 10 min dollar köçürüb
...
-
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılıb - FƏRMAN
...
-
Namiq Abdullayev - 50!
...
-
Mətbuat katibi "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib
...
-
Covid-19 pandemiyası ilə bağlı rəsm müsabiqəsi
...
-
Qurban Qurbanov da koronavirusa yoluxub
...
-
Hikmət Hacıyev Ağdamda "Qarabağ" ın üzvləri ilə birlikdə futbol oynayıb
...