Türkiyə Superliqası: "Qalatasaray" qələbə qazanıb

  Bölmə: Xarici futbol | 523 | 10:23 17-02-2020
Türkiyə Superliqası: "Qalatasaray" qələbə qazanıb

Fevralın 16-da Türkiyə Superliqasının XXII turu çərçivəsində “Qalatasaray” doğma meydanda “Yeni Malatyaspor”u qəbul edib.

OLİMPSPORT  xəbər verir ki, “Türk Telekom” stadionunda keçirilən qarşılaşmanı İstanbul təmsilçiləri minimal hesabla qazanıblar. Görüşdə yəganə qolu birinci hissənin sonunda Adəm Böyük vurub.

Qeyd edək ki, günün mərkəzi oyununda “Trabzonspor” doğma divarlar arasında “Sivasspor”u məğlub edib - 2:1.

“Gənclərbirliyi” isə səfərdə “Alanyaspor”a minimal hesabla qalib gəlib -1:0.

Turun digər görüşləri fevralın 17-də keçiriləcək.

Türkiyə çempionatında hazırda turnir cədvəlinə 44 xalla “Trabzonspor” klubu liderlik edir. “Başakşəhər” 43 xalla ikinci pillədədir. İlk üçlüyü 42 xalla “Qalatasaray” qapayır.


Digər xəbərlər